Azedu.az

Polşada təhsil alan azərbaycanlı gənc koreya dili öyrədir

Xaricdə Təhsil

6 İyul 2025, 08:50
Polşada təhsil alan azərbaycanlı gənc koreya dili öyrədir

Polşada ali təhsil alan azərbaycanlı tələbə Aysel Məhərrəmli Koreya dilini sıfırdan öyrənmək istəyənlər üçün iki aylıq onlayn proqram hazırlayıb.

AzEdu.az xəbər verir ki,sıfırdan başlayan A1 səviyyəli kurs yazı, oxu, danışıq, dinləmə və qrammatika üzrə əsas bilikləri əhatə edir.

Proqram video dərslərdən ibarətdir və hər bir dərsə fərdi yanaşma tətbiq olunur. Kurs xüsusilə intensiv dərslərə qoşula bilməyənlər üçün nəzərdə tutulub. Tələbələr dərslərə günün istənilən saatında qoşula bilər.

Kurs proqramına daxildir:

Hangeul – Koreya əlifbası

Gündəlik danışıq və dinləmə məşqləri

12 bölmə üzrə cümlə quruluşu və danışıq praktikası

Qrammatika əsasları (şəkilçilər, fellər və cümlə quruluşları)

TOPIK testlərinə uyğun mövzu testləri və interaktiv tapşırıqlar

Kursun üstünlükləri:

Kursu bir həftəyə və ya üç aya bitirmək mümkündür (davamlılıqdan asılı olaraq)

Canlı dərslər, PDF materiallar, audio və video resurslar

Azərbaycan dilində izahlı tədris

Davamlı müəllim dəstəyi və nəzarət

Xarici tələbələr üçün kursun ingilis dili versiyası da mövcuddur

Yeni qrupun dərsləri 15 iyulda başlayacaq. Kursa qeydiyyat davam edir və ilk 10 yer üçün endirimli qiymət təklif olunur.

Ətraflı məlumat üçün iştirakçılar şərh bölməsində “+” işarəsi yaza və ya birbaşa mesajla (DM) müraciət edə bilərlər. //www.facebook.com/share/p/1BnM58Hmrk/?

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox