Hər il olduğu kimi bu ildə universitetlərdən məzun olan tələbələr arasında akademik uğurları ilə fərqlənən, yüksək nəticələr əldə edib qırmızı diploma layiq görülənlər olub.
Bu il neçə tələbə qırmızı diploma layiq görülüb?
AzEdu.az-ın əldə etdiyi məlumata görə, 2024-2025-ci tədris ilində ümumilikdə 1090 tələbə məzun olub.
Belə ki, bakalavr üzrə 952, magistratura təhsil pilləsi üzrə isə 138 tələbə universiteti bitirib. Onlar içərisində 10 nəfər bakalavr, 40 nəfər isə magistratura təhsil pilləsi üzrə fərqlənmə diplomuna layiq görülüb.