Hər il olduğu kimi bu ildə universitetlərdən məzun olan tələbələr arasında akademik uğurları ilə fərqlənən, yüksək nəticələr əldə edib qırmızı diploma layiq görülənlər olub.
Bu il neçə tələbə qırmızı diploma layiq görülüb?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, 2024-2025-ci tədris ilində ümumilikdə 306 məzun fərqlənmə diplomuna layiq görülüb:
Belə ki, onlar arasında 150 nəfər bakalavr, 132 nəfər magist və 24 nəfəri isə SABAH qruplarının məzunlarıdır".