Artıq ölkənin bir çox ali təhsil müəssisələrində 2024/2025-ci tədris ili başa çatmaq üzrədir. Hər il olduğu kimi bu il də yüzlərlə tələbə universitetlə vidalaşaraq məzun adını qazanıb. Onlar içərisində fərqlənmə diplomu ilə bitirənlər də yer alır.
Bəs, bu il neçə tələbə fərqlənmə diplomu ilə ali təhsilini başa vurur?
Mövzu ilə bağlı AzEdu.az Xəzər Universitetinə sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, bu il ( 3.07.2025. Elmi şuranın qərarı ilə) 656 nəfər məzun olub:
"Belə ki, universiteti 142 nəfər qırmızı diplomla bitirib".