Azedu.az

Tam təqaüdlə doktoranturaya qəbul oldu

11 İyun 2025, 16:03
Tam təqaüdlə doktoranturaya qəbul oldu

Bakı Mühəndislik Universiteti (BMU) “İnşaat mühəndisliyi” ixtisasının məzunu Sadiq Nurəliyev İngiltərənin Mançester Universiteti, ABŞ-nin Şarlotta Şimali Karolina və Luiziana Dövlət universitetlərindən PhD dərəcəsi üzrə qəbul alıb.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, akademik fəaliyyəti üçün ABŞ-nin Luiziana Dövlət Universitetini seçən BMU məzunu burada “İnşaat mühəndisliyi” proqramı üzrə tam təqaüdlə doktorantura təhsili alacaq, eyni zamanda “Graduate Research”də assistant vəzifəsində çalışacaq. Ona təhsili üçün illik 60 672 ABŞ dolları məbləğində vəsait ayrılıb.  

Qeyd edək ki, BMU-dan ixtisas birincisi kimi məzun olan Sadiq Nurəliyev magistr təhsilini “Stipendium Hungaricum” proqramı çərçivəsində Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin “Struktur mühəndisliyi" ixtisasında davam etdirib. O, burada təhsilini 5 üzərindən 4.39 ümumi ortalama ilə bitirib.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox