Azedu.az

Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal qazandı

Tələbə və şagird

18 Fevral 2025, 17:27
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal qazandı

Azərbaycanlı şagird Cüneyd Qənbərov beynəlxalq səviyyədə daha bir uğura imza ataraq "International Math Challenge" olimpiadasında qızıl medal qazanıb. Bu mötəbər yarışda dünyanın 140 ölkəsindən minlərlə şagird iştirak edib.

AzEdu.az xəbər verir ki, olimpiadanın ölkədaxili seçim turu 2024-cü ilin noyabr ayında keçirilib və burada Azərbaycanın ən istedadlı riyaziyyatçı şagirdləri iştirak ediblər. Cüneyd Qənbərov bu mərhələdə qızıl medal qazanaraq ölkə üzrə ən yüksək nəticəni əldə edib və beynəlxalq finalda iştirak haqqı qazanıb.

Yarışın "Grand Final" mərhələsi 2025-ci il fevralın 15-də Tailandın paytaxtı Banqkok şəhərində baş tutub. Finalda yalnız ölkədaxili seçim mərhələlərində medal qazanmış şagirdlər iştirak ediblər. Azərbaycanı təmsil edən Cüneyd Qənbərov burada da möhtəşəm çıxış edərək ikinci dəfə qızıl medal əldə edib.

Bu nailiyyət təkcə Cüneyd Qənbərovun fərdi zəhmətinin və istedadının deyil, eyni zamanda Azərbaycan şagirdlərinin beynəlxalq səviyyədə yüksək intellektual potensialını nümayiş etdirir. Onun qazandığı bu uğur gələcəkdə ölkənin digər istedadlı şagirdləri üçün də böyük motivasiya olacaq.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox