Azedu.az

Fizika-riyaziyyat olimpiadasının finalı keçiriləcək 

Xəbərlər

16 Aprel 2025, 14:05
Fizika-riyaziyyat olimpiadasının finalı keçiriləcək 

Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsirəddin Tusiyə həsr olunmuş V-IX sinif şagirdləri arasında fizika-riyaziyyat fənləri üzrə II fizika-riyaziyyat olimpiadasının final turu keçiriləcək. 

AzEdu.az xəbər verir ki, Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəbdə təşkil olunacaq olimpiadada rayon-şəhər mərhələsində qalib olan 136 şagirdin iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, final turunun qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.

Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox