Azedu.az

Qəbulun II mərhələsi üzrə sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Aprel 2025, 16:41
Qəbulun II mərhələsi üzrə sınaq imtahanının nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2025-ci il martın 16-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Mərkəzdən bildirilib ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

DÜNYA SAVAŞI - 24 saata hərbi əməliyyatlar başlayacaq
Son xəbərlərDaha çox