Azedu.az

Aktauda həlak olan tələbə dəfn olundu - Fotolar

Tələbə və şagird

29 Dekabr 2024, 14:48
Aktauda həlak olan tələbə dəfn olundu - Fotolar

Xəbər verdiyimiz kimi, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan şəxslərin nəşi Azərbaycana gətirilib. 

AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, faciə nəticəsində həyatını itirən Balakən rayon sakini 20 yaşlı Mahmud Tutunçiyev dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, kənd sakinləri və rayon ictimaiyyəti iştirak edib.

Xatırladaq ki, evin tək uşağı olan Mahmud Bakı Avrasiya Universitetində oxuyubmuş. 

 

 


Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox