Azedu.az

Gənclərimiz dəyişən dünyaya uyğun kompetensiyalara malik olmalıdır

Elm və Təhsil Nazirliyi

25 İyun 2025, 11:00
Gənclərimiz dəyişən dünyaya uyğun kompetensiyalara malik olmalıdır

“Təhsil yalnız bilik və bacarıq qazandırmaqla məhdudlaşmır. Burada tədqiqat komponenti də mühüm rol oynayır. Mütəfəkkir bir şəxsin fikirlərini qeyd etmək istətirəm: aldığın təhsilin fərqi yoxdur, əsas tərbiyən ali olsun.

AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Mirasa sahiblik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” forumunda bildirib:

"Gəncləri elə hazırlamalıyıq ki, hər cür situasiyaya hazır olsunlar. Əmin-amanlıq içində yaşayan cəmiyyətlər belə müharibə şəraitində çətinliklərlə üzləşə bilirlər. Gənclərimiz dəyişən dünyaya uyğun kompetensiyalara malik olmalıdır. Vətənpərvərlik hissinin formalaşmasında təhsilin rolu xüsusilə böyükdür.

Müəllimlərin fəaliyyəti yalnız bilik verməklə kifayətlənməməli, onlar eyni zamanda şagirdlərə düzgün yol göstərməli, bələdçi olmalıdırlar. Gənclər tarixini və dilini yaxşı bilməlidir.

Bununla yanaşı, müəllimlər müasir texnologiyalardan istifadə etməyi bacarmalı və bu bacarıqları şagirdlərə də aşılamalıdırlar. Tədbirin əsas mahiyyəti də Qərbi Azərbaycana qayıdışla bağlı olaraq gənclərimizdə lazımi bilik və dünyagörüşü formalaşdırmaqdan ibarətdir”.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox