Azedu.az

Texnologiya Universitetində tələbə biletləri hələ verilməyib? - SORĞU

Xəbərlər

15 Dekabr 2025, 16:57
Texnologiya Universitetində tələbə biletləri hələ verilməyib? - SORĞU

Saytımıza Azərbaycan Texnologiya Universitetinin I kurs tələbələrindən şikayət daxil olub ki, onlara hələ də tələbə bileti təqdim edilməyib. Bu isə tələbə biletlərinin gec verilməsinin səbəbləri və onların nə zaman təqdim olunacağı sualını gündəmə gətirib.

Bu iddialarla bağlı AzEdu.az universitetə sorğu ünvanlayıb.

Azərbaycan Texnologiya Universitetindən bildirilib ki, cari tədris ili çərçivəsində tələbə biletlərinin verilməsinə 2025-ci il oktyabrın əvvəlindən başlanılıb və 15 oktyabra qədər tələbələrin əksəriyyəti biletlərini alıb.

Qeyd olunub ki, yalnız bir neçə tələbə qalıb ki, onların biletləri hazır olsa da, götürmək üçün müraciət etməyiblər. Universitet tələbələrə bildirib ki, istənilən zaman müvafiq sənədlərini götürə bilərlər.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox