Şəki-Zaqatala regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Balakən rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 742 şagird bitirib və onların 740 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 46 nəfəri 500-dən, o cümlədən 15 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Texniki humanitar təmayüllü liseyi və Katex kənd 1 saylı tam orta məktəbi daxil olub.
Qax rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 451 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 51 nəfəri 500-dən, o cümlədən 16 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 2 və 4 saylı şəhər tam orta məktəbləri daxil olub.
Qəbələ rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1172 şagird bitirib və onların 1170 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 142 nəfəri 500-dən, o cümlədən 51 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 4 və 5 saylı şəhər, Vəndam qəsəbə 1 saylı, Y.Vəliyev adına Əmirvan kənd tam orta məktəbləri daxil olub.
Oğuz rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 367 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 38 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 3 saylı məktəb-liseyi daxil olub.
Şəki rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1892 şagird bitirib və onların 1888 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 171 nəfəri 500-dən, o cümlədən 50 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi, 5, 10, 18 saylı şəhər və Orta Zəyzid kənd 1 saylı tam orta məktəbləri daxil olub.
Zaqatala rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1167 şagird bitirib və onların 1166 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 89 nəfəri 500-dən, o cümlədən 29 nəfəri 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Akademik Z.Əliyeva adına Texniki fənlər liseyi, Humanitar təmayüllü gimnaziya, 1 və 5 saylı şəhər, Tala kənd 1 saylı tam orta məktəbləri daxil olub.