42 saylı tam orta məktəbin informatika müəllimi Nazpəri Ağazadə sertifikasiya imtahanından 58 bal toplayıb.
AzEdu.az-a təəssüratlarını bölüşən müəllim qeyd edib ki, artıq 4 ildir bu peşədə çalışır və imtahandan razı qalıb:
“İmtahandan çox razı idim. Suallar hər üç səviyyəyədə - asan, orta və çətin idi. Həmçinin imtahan tam şəffaf şəkildə həyata keçirildi. Nəticəmdən çox sevinirəm”.
Nazpəri Ağazadə vurğulayıb ki, sertifikasiya imtahanları müəllimlərin inkişafında mühüm əhəmiyyət daşıyır:
“Sertifikasiya imtahanı bir müəllimin inkişafında müsbət rol oynayır. Müəllimin əsas vəzifələrindən biri də öz üzərində daim işləməkdir. Bu baxımdan müəllimlərin sertifikasiyadan keçməsi təqdirəlayiqdir”.