Bu il ilk dəfə rayonlardan Astara rayonu da sertifikasiyaya qoşulub.
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan media brifinqində qeyd edib.
Onun sözlərinə görə, bu il müəllimlərin sertifikatlaşdırması prosesində 19 minə yaxın müəllim iştirak edəcək:
"Rayonlar üzrə 10 min namizədin imtahan verməsi üçün bütün infrasturukturlar yaradılıb. Hazırda ölkə üzrə 19 müxtəlif şəhərdə 44 imtahan mərkəzi var və 10 min müəllimin imtahan verməsi üçün şərait yaradılıb".