AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
4 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
4 oktyabr Cəbrayılın işğaldan azad olunduğu gündür:
Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk rayon oldu və bu xəbəri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi.
Artıq 4 ildir ki, Cəbrayıl azaddır və bu gün işğaldan azad olunan bütün şəhər və rayonlarımızda olduğu kimi orada da quruculuq işləri aparılır.
4 oktyabr Ümumdünya Heyvanları Müdafiə Günüdür:
Hər il oktyabr ayının 4-ü Ümumdünya Heyvanlar Günü və ya Ümumdünya Heyvanları Müdafiə Günü kimi qeyd edilir. Bu əlamətdar gün 1931-ci ildə Florensiyada (İtaliya) ekoloqların beynəlxalq konqresində heyvanların müdafiəsi üçün təqvimə daxil edilib.
Bu gün ilk Gəncə terrorundan 4 il ötür::
4 oktyabr 2020-ci il tarixində birinci dəfə OTR-21 TOÇKA ballistik raketindən Gəncəşəhəri birinci dəfə erməni terroristləri tərəfindən vuruldu. Onların hədəfləri mülki insanlar, yaşayış binaları oldu. Hücum nəticəsində bir nəfər öldü, 30 nəfər isə yaralandı.
4 oktyabr 1895-ci ildə məşhur kəşfiyyatçı Rixard Zorge Bakıda anadan olub:
O Yaponiyanın SSRİ-yə qarşı hücum planını pozan böyük kəşfiyyatçı kimi tarixə düşüb. O 1944-cü ildə Yaponiyada asılıb.
4 oktyabr 2000-ci ildə görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyev vəfat edib:
O, bir çox populyar mahnıların müəllifidir.
“Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Nəsimi”, “Dərviş Parisi partladır” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.