Rektorlar, universitetin siması, rəhbəri və təhsil siyasətini formalaşdıran şəxsiyyətlərdir. Onların təhsil aldığı məktəblər, yalnız özünün deyil, təhsil sisteminin də inkişafında iz qoyan yerlərdir. Hər bir rektorun təhsil yolu, fərdi xüsusiyyətləri və liderlik bacarıqlarının formalaşmasında əhəmiyyətli rol oynayır.
AzEdu.az rektorların təhsil aldığı orta məktəbləri araşdırıb.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) rektoru:
Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmişdir.
9 ildir Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsini icra edir. 65 yaşı var.
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru:
Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
8 ildir Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edir. 75 yaşı var.
Mingəçevir Dövlət Üniversitetinin (MDU) rektoru:
Anar Eminov 1992–1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil almışdır.
2 aydır ki, Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsində çalışır. 43 yaşı var.
Azərbaycan Universitetinin (AU) rektoru:
Səadət Əliyeva 1986-cı il sentyabr ayının 13 –də Bakı şəhərində anadan olmuşdur. 1993–2001-ci illərdə Nəsirəddin Tusi adına ingilis dilli gimnaziyada təhsil almışdır. 2004-cü ildə Binəqədi rayonu 144 nömrəli orta məktəbdən məzun olmuşdur.
8 ildir ki, Azərbaycan Universitetinin rektoru vəzifəsində çalışır. 39 yaşı var.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru:
Ədalət Muradov 29 yanvar 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmişdir.
11 ildir ki, Azərbaycan Dövlət İqtisad Universiteti rektoru vəzifəsində çalışır. 63 yaşı var.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru:
Vilayət Vəliyev 1960-cı il martın 28-də anadan olub. 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib.
6 ildir ki, Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə çalışır. 65 yaşı var.
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru:
Səyavuş Qasımov 2 iyul 1984-cü ildə Gədəbəy rayonunda anadan olub. S. Pirverdiyav adına Çalburun kənd orta məktəbini bitirib. 1 ildir ki, Bakı Avrasiya Universitetinin rektoru vəzifəsində çalışır. 41 yaşı var.
Lənkaran Dövlət Universitetinin (LDU) rektoru:
Natiq İbrahimov 1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxılqovaq kəndində anadan olub. N. İbrahimov Mıxılqovaq kənd orta məktəbini bitirib.9 ildir ki, Lənkaran Dövlət Universitetinin rektoru vəzifəsində çalışır. 72 yaşı var.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru:
Gülçöhrə Məmmədova 23 aprel 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə Uluxanlı orta məktəbini bitirib.
26 ildir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışır. 72 yaşı var.
Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru:
Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirib.
4 aydır ki, Sumqayt Dövlət Universitetinin rektoru vəzifəsində çalışır. 63 yaşı var.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru:
İlham Mədətov 13 noyabr 1952-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1970-ci ildə Yevlax şəhər 4 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir.
8 ildir ki, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində çalışır. 73 yaşı var.
Bakı Biznes Universitetinin (BBU) rektoru:
İbad Abbasov 1953-cü ilde Ağcabədi rayonunda anadan olub. 1970-ci ildə Ağcabədi rayon 1 saylı orta məktəbini bitirmişdir.
33 ildir ki, Bakı Biznes Universitetinin rektoru vəzifəsində çalışır. 72 yaşı var.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru:
Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır.
7 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsini icra edir. 60 yaşı var.