AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aksarayda gecə yağan qar həyatı iflic edib. Şiddətli qar səbəbiylə orta təhsil müəssisələrində dərslər bir günlük təxirə salınıb.
Xatırladaq ki, Türkiyənin paytaxtı Anakarada da güclü qar yağması səbəbindən orta və ali təhsil müəssisələrində təhsilə ara verilmişdi.
Ankara, Qazi, Hacettepe, Yıldırım Beyazit Universitetləri bir müddət tədrisi dayandırmaq məcburiyyətində qalıblar.
Samsun, Ankara, Bursa, Bolu, Sivas, Denizli, Kırşehir, Çorum, Bilecik ərazilərində yerləşən orta məktəblərdə isə dərs bir gün müddətinə dayandırılıb.