Azedu.az

Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı

9 Sentyabr 2024, 10:01
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı

Siyəzən rayonunda gənc oğlan itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, Siyəzən şəhər S.Xeyrullayev küçəsində yaşayan S.Məlikova oğlunun itkin düşməsi barədə polisə müraciət edib.

 

 

Siyəzən RPŞ-yə ərizə ilə müraciət edən qadın bildirib ki, 23 yaşlı oğlu Mahmud Kamal oğlu Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib.

 

Müraciətlə bağlı araşdırma aparılır.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox