Azedu.az

Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb

9 Sentyabr 2024, 18:02
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb

Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq.

 

Abituriyentlər //portal.edu.az/ sistemi vasitəsilə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

 

Qeyd edək ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox