Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.
Bu haqda AzEd.az-a DİM-dən məlumat verilib.
İmtahan saat 10:00-da başlanmış və 2 saat 30 dəqiqə ərzində aparılıb.
İmtahan prosesi təlimata uyğun şəkildə keçirilib. Namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahanda iştirak etmək üçün 71 namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfər imtahana gəlməyib.
İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.