Yeni Zelandiya hökuməti ölkəyə gələn xarici tələbələrin sayını önümüzdəki 10 ildə ikiqat artırmağı hədəfləyir. Hazırda təhsil üçün bu ölkəyə gələn beynəlxalq tələbələrin illik sayı 37 min nəfərdir. Yeni strategiyaya görə bu rəqəm 2034-cü ilə qədər 80 minə çatdırılmalıdır.
AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən Təhsil Naziri Erika Stanford bildirib ki, pandemiya sonrası rəqabət güclənib və Yeni Zelandiya təhsil bazarında daha fəal rol oynamalıdır. Onun sözlərinə görə, xarici tələbələr ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verir və gələcəkdə bu sahəyə daha çox sərmayə qoyulacaq.
Yeni strategiya çərçivəsində viza prosedurlarının sadələşdirilməsi, universitetlərin beynəlxalq tanıdılması və iş imkanlarının genişləndirilməsi planlaşdırılır. Hədəf ölkələr sırasında Hindistan, Vyetnam, Filippin, Çin və Yaponiyadan olan tələbələrə xüsusi önəm veriləcək.