Azedu.az

"Qızların hərbi arzusu gerçəyə çevrilir"- ŞAD XƏBƏR...

Xəbərlər

8 İyul 2025, 14:21
"Qızların hərbi arzusu gerçəyə çevrilir"- ŞAD XƏBƏR...

Son illərdə Polis Akademiyasına qadın abituriyentlərin qəbulu aparılmır. Bu qərar hələ də bir çox qadın abituriyent tərəfindən təəssüflə xatırlanır. Ölkəmizdə qadınların hərbi sahəyə, ümumilikdə isə təhlükəsizlik xidmətlərinə və formaya olan marağı diqqətçəkəcək qədər yüksəkdir. Bunu nəzərə alaraq qeyd etmək yerinə düşər ki, qadın hərbi həkimlər, şəhid xanım qəhrəmanlarımız və digər dövlət orqanlarında xidmət edən qadınların sayı kifayət qədərdir. Bu marağın əsasını isə vətənpərvərlik təşkil edir.

Yaxın günlərdə Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Tibb Fakültəsinə qadın abituriyentlərin qəbulu elan olundu. Bu xəbər yayıldıqdan sonra daha əvvəl fərqli ixtisaslara hazırlaşan bir çox qız üçün bu yeni imkan əsas hədəfə çevrildi. Onların tək arzusu adıçəkilən institutlarda təhsil alaraq Vətənə xidmət etməkdir. Baş verən bu maraq artımı bir zamanlar Polis Akademiyasında oxumaq istəyən gənc xanımların qarşısında açılan yeni fürsət kimi dəyərləndirilir.

Bəs mövzu ilə bağlı mütəxəssislər nə düşünür?

AzEdu.az mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev ilə həmsöhbət olub.

164019

 

Onun sözlərinə görə, təhsil müəssisələrində şəhidlərimizə həsr olunan tədbirlərin təşkili, məktəblərə şəhid qəhrəmanlarımızın adlarının verilməsi həm oğlan, həm də qız şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına təkan verdi:

“İşğal altında olan torpaqlarımızın azad edilməsindən sonra Azərbaycanda bütün sahələrdə vətənpərvərlik hissi pik həddə çatdı. Ali Baş Komandanın azad olunmuş rayonlarımızın adlarını səsləndirdiyi anlar hər evdə alqış və sevinc göz yaşları ilə qarşılandı. Bu vətənpərvərlik hissi artıq orta məktəblərdə də formalaşmağa başladı.

Təhsil müəssisələrində şəhidlərimizə həsr olunan tədbirlərin təşkili, məktəblərə şəhid qəhrəmanlarımızın adlarının verilməsi həm oğlan, həm də qız şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına təkan verdi. Şəxsi müşahidələrimə və mənə edilən çoxsaylı müraciətlərə əsasən deyə bilərəm ki, bir çox qız abituriyent xüsusi təyinatlı akademiyalarda təhsil almaq arzusundadır.

Bildiyimiz kimi, son illərdə Polis Akademiyasına, Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına və bir sıra hərbi təhsil müəssisələrinə qız abituriyentlərin qəbulu müvəqqəti olaraq dayandırılıb. Bu da onların hərb sahəsinə olan marağını və arzularını müəyyən mənada reallaşmaz bir xəyala çevirirdi. Lakin Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Tibb Fakültəsinə qadın abituriyentlərin qəbulunun elan olunması həmin xəyalların reallaşa biləcəyinə ümid yaratdı. Bu səbəbdən qız abituriyentlər arasında hərbi kolleclərə maraq və qəbul üçün canlanma müşahidə olunur”.

“Şübhəsiz ki, hərbi sahədə qadın tibb işçilərinə, eləcə də hərbi təhsil alan qadın kadrlara ehtiyac var. İnşallah, vətənpərvərlik hissini özündə formalaşdıran qızlarımız bu istiqamətdə uğurla addımlayıb, ölkəmizə layiqincə xidmət göstərəcəklər”,deyə ekspert qeyd edib:

“Ümumilikdə isə, qızların hərb sahəsinə artan marağını 44 günlük Vətən müharibəsi ilə əlaqələndirirəm. Həmin dövrdə Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Səngərdə döyüşən əsgərlər, xidmətdə olan polislər, mənfur düşmənin oyunlarını ifşa edən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları və xalqımızın göstərdiyi dəstək birləşərək ölkə naminə yorulmadan mübarizə apardılar.

Bütün bu proseslər vətənpərvərlik hissinin cəmiyyətin bütün təbəqələrində möhkəmlənməsinə səbəb oldu”.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox