Azedu.az

Bu ölkədə məktəbi bitirənlərin yalnız yarısı universitetə daxil olur

Xəbərlər

7 İyul 2025, 16:50
Bu ölkədə məktəbi bitirənlərin yalnız yarısı universitetə daxil olur

İngiltərədə məktəbi bitirən şagirdlərin yalnız yarısı universitet təhsili alır. Bu barədə UPP Fondu tərəfindən yayımlanan yeni hesabatda bildirilir. Araşdırmaya görə, ölkədə regionlar arasında universitetə qəbul baxımından ciddi bərabərsizlik mövcuddur. Məsələn, Barrow-in-Furness şəhərində məktəbi bitirənlərin cəmi 13 faizi ali təhsilə davam edir. Halbuki, Londonun Wimbledon bölgəsində bu göstərici 70 faizə yaxındır.

AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən hesabat müəllifləri hökumətə tövsiyə edirlər ki, ölkənin bütün bölgələrində məktəbi bitirənlərin azı 50 faizinin universitetə daxil olması təmin edilsin. Eyni zamanda, regionlar arasında bu baxımdan yaranan fərq maksimum 10 faiz səviyyəsində saxlanmalıdır. UPP Fondu hesab edir ki, sosial-iqtisadi imkanları zəif olan bölgələrdə universitetə hazırlıq və dəstək proqramları genişləndirilməlidir.

Digər tərəfdən, İngiltərədə təhsil və elmi tədqiqatlara dəstək istiqamətində də mühüm addımlar atılır. Məşhur Leverhulme Trust fondu ali təhsil və elmi araşdırmalara 100 milyon funt sterlinq ayıracağını açıqlayıb. Bu vəsaitlə 200 nəfərə doktorantura təqaüdü veriləcək, 20 akademik liderlik proqramı maliyyələşdiriləcək və 5 yeni multidissiplinar tədqiqat mərkəzi yaradılacaq.

Bu təşəbbüslərin məqsədi həm təhsildə bərabər imkanlar yaratmaq, həm də ölkənin elmi potensialını artırmaqdır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox