Azedu.az

Övladlığa götürmə hansı hallarda və qaydada ləğv edilə bilər?

Xəbərlər

7 İyul 2025, 15:45
Övladlığa götürmə hansı hallarda və qaydada ləğv edilə bilər?

Övladlığa götürmə valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə mühiti və sosial təminat yaratmaq məqsədi daşıyan mühüm hüquqi institutdur. Bu proses yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir və uşağın mənafeyi hər zaman əsas götürülür. Lakin bəzən övladlığa götürmə münasibətləri uşağın hüquq və maraqlarına zidd şəkildə inkişaf edə bilər.

Maraqlıdır, övladlığa götürmə hansı hallarda və qaydada ləğv edilə bilər?

AzEdu.az-ın əldə etdiyi məlumata görə, monitorinqlər nəticəsində övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, alkoqolik və narkoman olduqda və digər bu kimi hallar müəyyən edildikdə məhkəmə qaydasında övladlığa götürmənin ləğvi üçün tələb irəli sürülür.

Məhkəmə tərəfindən övladlığa götürmənin ləğvi barədə qərar qəbul edildikdən sonra uşaq Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən dərhal müəssisəyə yerləşdirilir və bu Qaydaların 11-ci hissəsinə uyğun olaraq uşaqla bağlı reabilitasiya tədbirləri görürülür.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox