Azedu.az

Avstraliyada müəllim böhranı dərinləşir

Xəbərlər

7 İyul 2025, 15:35
Avstraliyada müəllim böhranı dərinləşir

Avstraliyanın Queensland ştatında müəllimlər arasında artan narazılıq ciddi böhrana çevrilməkdədir. Son həftələrdə yüzlərlə müəllim işdən ayrılaraq təhsil sistemində gərginliyin və tükənmişliyin nə qədər dərin olduğunu ortaya qoyub.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, müəllimlər əsas səbəb kimi şagird davranışlarında nəzarətsizlik, iş yükünün artması və inzibati öhdəliklərin çoxalmasını göstərirlər. Onların sözlərinə görə, tədris fəaliyyəti son illərdə artan sənədləşmə, hesabat və əlavə məktəbdaxili tapşırıqlar arasında ikinci plana keçib.

Həmkarlar ittifaqı isə bildirib ki, problem yalnız maaşla bağlı deyil. Müəllimlərin psixoloji və peşəkar rifahı üçün daha dərin struktur dəyişikliklərinə ehtiyac var.“Təkcə əməkhaqqının artırılması bu sistemi xilas etməyəcək. Müəllimlərə dəstək verilməlidir, onların tədrisə fokuslanması üçün əlavə yük aradan qaldırılmalıdır,” – deyə Queensland Müəllimlər İttifaqının nümayəndəsi bildirib.

Təhsil sahəsində fəaliyyət göstərən ekspertlər xəbərdarlıq edirlər ki, bu gedişlə ştatda müəllim çatışmazlığı kəskinləşə bilər və bu, şagirdlərin təhsil keyfiyyətinə birbaşa təsir göstərəcək.

Queensland Təhsil Nazirliyi hələlik məsələyə dair rəsmi açıqlama verməyib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox