Azedu.az

Qarabağ Universiteti gələcəkdə regional deyil, qlobal mərkəzə ÇEVRİLƏCƏK

Xəbərlər

7 İyul 2025, 14:03
Qarabağ Universiteti gələcəkdə regional deyil, qlobal mərkəzə ÇEVRİLƏCƏK

Zirvə Toplantısında dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin iştirakı, Qarabağın təhlükəsiz və gələcəyə yönəlmiş bir bölgə olduğunu sübut etdi.

Bu sözləri AzEdu.az-a Milli Məclisin üzvü Mehriban Vəliyeva söyləyib. 

Müsahibimizin qeyd edib ki,Qarabağ Universiteti gələcəkdə regional deyil, qlobal mərkəzə çevriləcəkdir.

"Bu da Qarabağ Universitetinin beynəlxalq tələbələr üçün cəlbedici bir təhsil mərkəzi kimi tanınmasına zəmin yaradır. Xarici tələbələr üçün bu bölgədə təhsil almaq, həm yüksək səviyyəli təhsil, həm də unikal mədəni mühit əldə etmək imkanı deməkdir.
Zirvə Toplantısı zamanı qurulan diplomatik və akademik əlaqələr Qarabağ Universitetinin dünya universitetləri ilə tərəfdaşlıq qurması üçün real fürsətlər yaradır. Bu isə müştərək elmi layihələrin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili, o cümlədən təcrübə proqramları və beynəlxalq sertifikatlaşdırma imkanlarının genişlənməsi kimi üstünlüklər qazandıra bilər".

"Qarabağ Universiteti bu kimi tədbirlər vasitəsilə yalnız yerli deyil, qlobal elm məkanında öz yerini möhkəmləndirmək imkanı qazanır",deyə M.Vəliyeva bildirib:
"Zirvə Toplantısının keçirilməsi ilə bölgədəki infrastrukturun inkişafı da sürətlənir. Qarabağ Universitetinin təhsil mühiti aşağıdakı sahələrdə mühüm dəyişikliklərə uğraya bilər:
Bülə ki, texnoloji avadanlıqların yenilənməsi və rəqəmsal resursların artırılması, yeni ixtisasların açılması və ixtisasartırma imkanlarının genişlənməsi və akademik heyətin təcrübəsinin artırılması və xaricdə təlimlərə cəlb olunması".
Həmsöhbətimiz vurğulayıb ki, bu inkişaflar nəticəsində Qarabağ Universiteti ölkə daxilində və xaricdə rəqabətqabiliyyətli ali təhsil müəssisəsinə çevrilə bilər:
"Nəticə olaraq deyə bilərik ki,Qarabağ Universiteti gələcəkdə regional deyil, qlobal mərkəzə çevriləcəkdir. 
Zirvə Toplantısının Qarabağda keçirilməsi, təkcə siyasi və simvolik əhəmiyyət daşımır. Bu tədbir elm, təhsil və gənclərin inkişafı baxımından da strateji bir hadisədir. Qarabağ Universiteti bu kimi tədbirlər vasitəsilə yalnız yerli deyil, qlobal elm məkanında öz yerini möhkəmləndirmək imkanı qazanır.
Həftə çərçivəsində Gənclərin forumu gənclər arasında münasibətlərin tənzimləmməsinə yəni əlaqələrin möhkəmlənməsinə dəstək verir.
Qarabağ Universitetinin 8 tələbəsinin də burada iştirakı və universitetin təbliği o münasibətlərin güclənməsinə də kömək olacaq".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox