Azedu.az

Təhsil Tələbə Krediti Fonduna nə qədər müraciət daxil olub?

Xəbərlər

7 İyul 2025, 10:57
Təhsil Tələbə Krediti Fonduna nə qədər müraciət daxil olub?

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günədək (13.06.2025) e-ttkf.edu.az elekton portala 70 393 müraciət daxil olub, 57 025 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. 

AzEdu.az xəbər verib ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib. Onlardan 19 710-u (34.6%) sosial, 37 315-i (65.4%) standart növ təhsil tələbə kreditidir. Gender bölgüsü üzrə kredit müqavilələrinin 35 128-i (61.6%) qadın, 21 897-si (38.4%) kişi tələbələrin payına düşür. 

Rəsmiləşdirilən kreditlərdən 39 528-i (69.3%) bakalavriat, 14 080-i (24.7%) magistratura, 3 171-i (5.5%) orta ixtisas təhsili, 246-sı (0.5%) isə peşə təhsilinə aiddir. Bu günə kimi geri ödənişi başlamış və akademik göstəriciləri yüksək olduğuna görə 428 Sosial TTK müqaviləsi üzrə 50 faiz və 990 Standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub. Ümumilikdə 466 min manatdan bir qədər çox  vəsait bağışlanıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox