Azedu.az

2024-də erkən nikaha cəlb olunanların sayı açıqlandı

Xəbərlər

4 İyul 2025, 16:16
2024-də erkən nikaha cəlb olunanların sayı açıqlandı

Erkən nikah halları cəmiyyətin sosial-iqtisadi inkişafına və qız uşaqlarının gələcəyinə ciddi təsir göstərən problemlərdən biridir. Hər il ölkə üzrə yüzlərlə yeniyetmə qız erkən nikaha cəlb olunur ki, bu da onların təhsil və inkişaf imkanlarını məhdudlaşdırır. 2024/2025-ci il üzrə bu halların statistikası və əsasən hansı bölgələrdə qeydə alınması diqqətçəkici məqamları ortaya qoyur.

Bəs, 2024/2025-ci il üzrə ölkə üzrə neçə qız erkən nikaha cəlb olunub?

AzEdu.az mövzu ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq bildirilib ki, bəy və gəlinin yaş strukturuna görə rəsmi qeydə alınmış nikahların sayına
dair məlumatlar illik dövriliklə işlənilir:

"2024-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikahları rəsmi qeydə alınmış 17 yaşda (Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.2.-ci bəndinə əsasən üzürlü səbəblərdən nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına “17 yaş” icazə verilir) gəlinlərin sayı 185 nəfər olmuşdur.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox