Azedu.az

Yaponiyada yeni fənn tədrisinə başlanılıb

4 İyul 2025, 11:14
Yaponiyada yeni fənn tədrisinə başlanılıb

Yaponiya Təhsil Nazirliyi orta məktəblərdə “Emosional Qavrayış və Özünüifadə” adlı yeni dərs fənninin tədrisinə başlayıb.

Fənnin məqsədi şagirdlərə öz hisslərini tanımaq, empatiya qurmaq və emosional vəziyyətləri düzgün ifadə etmək bacarığı aşılamaqdır.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, dərslər oyunlar, rol canlandırmaları və qrup müzakirələri ilə keçirilir.

Proqram hazırda Tokio və Osaka şəhərlərində 150 məktəbdə pilot olaraq tətbiq olunur. Uğurlu nəticə əldə olunarsa, 2026-cı ildən ölkə üzrə genişləndirilməsi planlaşdırılır.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox