Azedu.az

Çində 6-7 yaşlı şagirdlər üçün yazılı imtahanlar qadağan edildi

Xəbərlər

2 İyul 2025, 16:40
Çində 6-7 yaşlı şagirdlər üçün yazılı imtahanlar qadağan edildi

Çin paytaxtı Pekində yeni qəbul edilən təhsil qaydalarına əsasən, 6-7 yaşlı ibtidai sinif şagirdləri üçün yazılı imtahanların keçirilməsi qadağan edilib. Bu qərar Çin Təhsil Nazirliyi tərəfindən uşaqların psixoloji rifahını qorumaq və təhsil mühitini daha balanslı hala gətirmək məqsədilə qəbul olunub.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, yeni qaydalara əsasən, məktəblər bu yaş qrupuna yalnız şifahi və oyun əsaslı qiymətləndirmə metodları ilə yanaşmalıdır. Təhsil orqanları bildirirlər ki, bu addım həm də ailə üzvlərinin imtahan nəticələrinə bağlı narahatlıqlarını azaltmaq və erkən yaşda təzyiqi önləmək məqsədi daşıyır.

Ekspertlər bu dəyişikliyi müsbət qarşılayaraq, ibtidai təhsilin oyun və tədqiqat əsaslı olmasının uşaqların uzunmüddətli öyrənmə motivasiyasına və inkişafına müsbət təsir göstərəcəyini qeyd edirlər.

Çin artıq bir neçə ildir ki, “imtahansız uşaqlıq” konsepsiyası üzərində işləyir. Son illərdə aparılan islahatlar çərçivəsində ev tapşırıqlarının həcmi azaldılıb, məktəb sonrası əlavə dərslərin məhdudlaşdırılması ilə bağlı qaydalar tətbiq olunub.

Yeni qərarın 2025–2026 tədris ilindən etibarən bütün Pekin məktəblərində qüvvəyə minməsi gözlənilir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox