Azedu.az

İşğaldan azad edildikdən sonra Ağdərədə ilk körpə dünyaya gəlib

Xəbərlər

25 İyun 2025, 21:18
İşğaldan azad edildikdən sonra Ağdərədə ilk körpə dünyaya gəlib

İşğaldan azad edildikdən sonra Ağdərə rayonunun Suqovuşan kəndində 32 ildən sonra ilk körpə dünyaya gəlib.

Bu barədə AzEdu.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ağdərə rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan, 2005-ci il təvəllüdlü Pərvanə İsgəndər qızı Qurbanzadənin dünyaya gətirdiyi uşaq qız övladıdır. Suqovuşan kəndində dünyaya göz açan körpəyə Asiya adını veriblər.

Hazırda Tibbi heyət tərəfindən ana və yeni doğulmuş uşaq (qız) müvafiq tibb müəssisəsinə təxliyə olunublar. Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, 700 qr, boyu 49 sm olan körpənin müalicəsi davam etdirilir. Körpənin də vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, körpənin atası Mahir Qurbanzadə müharibə iştirakçısıdır. M.Qurbanzadə 44 günlük Vətən müharibəsində Suqovuşan və Talış istiqamətdə gedən ağır döyüşlərdə iştirak edərək müharibə iştirakçısı medalı ilə təltif olunub.

Qurbanzadə ailəsi bir müddət öncə Suqovuşan kəndində yaşayan yaxın qohumları evinə qonaq gəliblər. Körpə də həmin vaxt dünyaya gəlib.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox