Bu gün səhər atəşkəsdən əvvəl İsrailin hücumları nəticəsində nüvə alimi Məhəmməd Rza Sadiqi həlak olub.
AzEdu.az xəbər verir ki, bu haqda İran televiziyası məlumat yayıb.
Məlumatda bu gün səhər tezdən İranın paytaxtı Tehranın və onun qərbində yerləşən Kərəc şəhərinin hücumlara məruz qaldığı bildirilib.
Yerli media partlayışların miqyasını son 12 gün ərzində baş verənlər arasında ən böyüyü kimi təsvir edib.