Azedu.az

Beynəlxalq tələbələr daha çox bu ölkəyə üz tutur

Xəbərlər

18 İyun 2025, 11:48
Beynəlxalq tələbələr daha çox bu ölkəyə üz tutur

Digər ölkələrdəki siyasət qeyri-sabitliyi fonunda Böyük Britaniya beynəlxalq tələbələr üçün ən cəlbedici təhsil məkanına çevrilib. Keystone Education Group-un 2025 tələbə cəlbetmə hesabatına görə, bura birinci yerdə qərarlaşıb.

 

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, Keystone şirkətinin rəhbəri Fredrik Högemark bildirib ki, hazırda sektor “transformasiya mərhələsindədir”, çünki maliyyə çətinlikləri Avropa və Asiyada qeyri-ənənəvi təhsil istiqamətlərinə marağı artırır.

 

ApplyBoard-un yeni məlumatları da Böyük Britaniyaya tələbə vizalarına tələbatın artdığını göstərir – 2025-ci ilin ilk rübündə 48 min viza verilib, bu da ötən illə müqayisədə 27% artım deməkdir. Qəbul nisbəti isə hər iki ildə 88% olub, bu da artımın tələbatdan qaynaqlandığını göstərir.

 

Hindistan 18 mindən çox müraciətlə yenə də əsas bazar olaraq qalır. Pakistan və Nepal da ön sıralarda yer alır, Banqladeşdən (+135%) və Nepaldan (+122%) olan müraciətlərdə isə ən böyük artım müşahidə olunub.

 

Çin Böyük Britaniyanı ən cəlbedici istiqamət hesab etsə də, bu ölkədən gələn viza müraciətləri 8% azalıb – bu, Asiya daxilində təhsil mobililiyinin artması ilə izah olunur.

 

Böyük Britaniyada post-təhsil iş vizalarına və tələbələrin ailə üzvlərinə verilən vizalara tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, son iki rübdə sabitləşmə müşahidə olunur. 2025-ci il üçün nəzərdə tutulan immiqrasiya dəyişiklikləri (məsələn, Graduate Route-un 24 aydan 18 aya endirilməsi) hələlik tələbə marağına ciddi təsir göstərməyib.

 

Bu marağın əsas səbəbi ABŞ, Avstraliya və Kanadada mövcud olan qeyri-sabit təhsil və miqrasiya siyasətləri ola bilər.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox