Azedu.az

Paytaxt məktəblərində “Son zəng” tədbirləri keçirilib

Xəbərlər

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

14 İyun 2025, 20:17
Paytaxt məktəblərində “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

AzEdu.az xəbər verir ki, Paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, yerli icra hakimiyyətlərinin nümayəndələri, Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın və BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar,  müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub. 

Qeyd edək ki, 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin XI siniflərini 33 517 şagird başa vurub.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox