Azedu.az

Məktəblilərin oxuduqları heyrətamiz kitab siyahıları- QUA və AzEdu.az-ın ortaq layihəsi  

4 Dekabr 2018, 17:50
Məktəblilərin oxuduqları heyrətamiz kitab siyahıları- QUA və AzEdu.az-ın ortaq layihəsi  

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) və AzEdu.az Təhsil Portalının birgə layihəsi olan "Məktəblinin kitabı" müsabiqəsinin növbəti iştirakçılarını təqdim edirik:

"Məktəblinin kitabı" layihəsinin növbəti iştirakçısı Yusif Yaqub oğlu Yaqubov.

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Onun 9 yaşı var, Binəqədi rayonu 83 saylı orta məktəb-liseyin 4-cü sinif şagirdidir. Kitab oxumağı çox sevir.

Yusifə layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyat siyahısını təqdim edirik:

1. Robert Stivenson "Dəfinələr adası"
2. Fyodr Dostoyevski "Cinayet ve ceza"
3. Ceyms Fenimor Kuper "Sonuncu magikan"
4. Jul Vern "15 yaşli kapitan"
5. Viktor Huqo "Səfillər"
6. Jul Vern "Kapitan Qrantın uşaqları"
7. Mark Tven "Şahzadə və dilənçi"
8. Meri Şelli "Frank Enisteyn ve ya müasir Prometey"
9. Daniel Defo "Robinzon Kruzo"
10. Jul Vern "20000 lyö sualtı ilə"
11. Ernest Heminquey "Qoca və Dəniz"
12. Aqata Kristi "Mavi Qatarin Sirri"
13. Aleksandr Belyayev "Professor Doelin başı"
14. Mayn Rid "Başsız Atlı"
15. Aleksandr Belyayev "Amfibiya adam"
16. Herbert Uells "Gorunmez adam"
17. Migel de Servantes "Don Kixot"
18. Brem Stoker "Drakula"
19. Aleksey Tolstoy "Qizil acar yaxud Buratinonun macəralarl"
20. Herbert Corc Uells "Zaman maşını"
21. Cerom K. Cerom "Velosipeddə üç kişi"
22. Fatih Ərdoğan "Belə də kitab olar?!"
23. Rafiq İsmayılov "Bəhlul Danəndə lətifələri"

"Məktəblinin kitabı" layihəsinin növbəti iştirakçısı İslam Qurbanovdur.

O, Qazax rayon Daş Salahlı kənd Araz Əmilov adına 1 saylı orta məktəbin III sinfində oxuyur. Mütaliə etməyi çox sevir.

İslama layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik.

1.Azərbaycan nağılları                                                

2.Nağıl qatarı cuf-cuf (25nağıl)

3.Şəhzadə ilə boz canavarın nağılı" (5nağıl),

4.Səməd Behrəngi-hekayələr

5.Əbdülrəhim bəy Haqverdiyev - hekayələr

6.Daniel Defo "Robinzon Kruzo"

7.Ernest Heminquey "Qoca və Dəniz"

8.Migel de Servantes "Don Kixot"

9.Antuan de Sent Ekzüperi – “Balaca şahzadə”

"Məktəblinin kitabı" layihəsinin növbəti iştirakçısı Nigar Xəlfəquliyeva.

O, 2007-ci il martın 13-də anadan olub. 159 nömrəli məktəbin VI sinfində təhsil alır. Dərslərindən əlavə kitab oxumağı xoşlayır. 6 ildir ki, rəqslə məşğul olur.

Nigara layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyat siyahısını təqdim edirik:

1."Görünməz adam"(Herbet Uells)

2."Mavi qatarin sirri"( Aqata Kristi)

3."Şahzadə və dilənçi" ( Mark Tven)

4."Zaman maşını"( Herbert Uells)

5.Herbert Uells hekayeleri ( Pərilər ölkesində), (Korlar ölkesində), (Divardakı qapı), ( Təcrübəsiz ruh)

6."Bunları bilmək lazımdır" (İllüstrasiyalı intellektual ensiklopediya)

"Məktəblinin kitabı" layihəsinin növbəti iştirakçısı  Məmmədov Elşən Habil oğlu.
 
 
O, İsmayıllı rayon İstisu kənd tam orta məktəbin X sinif şagirdidir.
 
Elşənə layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyat siyahısını təqdim edirik:
 
 
1.Yusif Səmədoğlu -"Qətl günü"
 
2.İsmayıl Şıxlı- "Ayrılan yollar", "Dəli Kür"
 
3.Cəlil Məmmədquluzadə -"Anamın kitabı", "Danabaş kəndinin əhvalatları", "Poçt qutusu", "Qurbanəlibəy"
 
4.Hüseyn Cavid - "İblis", "Ana"
 
5.Mirzə İbrahimov -"Azad", "Gələcək gün" 
 
6.Viktor Hüqo- "Paris Notr-Dam kilsəsi"
 
7.Dostoyevski -"Alçaldılmış və təhqir edilmiş insanlar"
 
8.Ceyms Fenimer Kuper -"Seçilmiş əsərləri", "Ləpirçi"
 
9.Maksim Qorki - "Seçilmiş əsərləri",  "Ana"
 
10. Jül Vern - "Sirli ada", "İyirmi min lye su altında"
 
11.Mirzə Fətəli Axundov - "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah" , "Hacı qara", "Aldanmış kəvakib"
 
12.Cəfər Cabbarlı - "Oqtay Eloğlu"
 
13.Anar - "Keçən ilin son gecəsi",
 
14.İsi Məlikzadə - "Talisman",
 
15.Elçin Əfəndiyev -"Talvar", Mir Cəlal "Vətən yaraları"
 
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox