Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, subbakalavrların sayındakı göstəricilər ötənilkilərdən 695 nəfər daha çoxdur:
“Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universiteti (584), Mingəçevir Dövlət Universiteti (569 nəfər) Azərbaycan Texnologiya Universitetinə (527 nəfər) və Lənkəran Dövlət Universitetinə (505 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.84%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 43.52%-nin subbakalavrlar olduğunu görərik”.