Təhsil müəssisələrində tikinti-quruculuq işləri yekunlaşmaq üzrədir.
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi "Yeni Bakı" yaşayış massivində 1200 şagird yerlik yeni tam orta məktəb binası inşa olunur. Hazırda binada son tamamlama və həyətyanı sahədə abadlıq işləri görülür. Yeni məktəb binasının cari ilin sentyabr ayında təhvil verilməsi planlaşdırılır.