Azedu.az

“Tarixdə bu gün” - 20 avqustda nələr baş verib?  

20 Avqust 2024, 09:00
“Tarixdə bu gün” - 20 avqustda nələr baş verib?  

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

20 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

Bu gün şair, tərcüməçi, dramaturq Adil Babayevin anım günüdür:

 

Babayevin bədii yaradıcılığı çoxcəhətlidir: “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri teatr səhnələrində tamaşaya qoyulub; əsərləri xarici dillərə tərcümə olunub. Yaradıcılığında tərcümə xüsusi yer tutub. Dünya ədəbiyyatından V.Şekspirdən, V.Vişhevskidən, N.Dumbadzedən çoxlu tərcümələr edib. Onun tərcümə etdiyi V.Vinnikov və Y.Osnosun “Ağ şanaküllə”, Sao-Yuyyanın “Tufan”, Ş.Miloravanın “Tiflis haqqında mahnı”, N.Dumbadzenin “Darıxma, ana”, M. Petrieskunun “Ölümü görmüş insan” pyesləri tamaşaya qoyulub. “İkinci simfoniya”, “Ürək nəğməsi”, “İlk addımlar”, “Xəzər sahillərində”, “Döyüş yollarında”, “Ana ürəyi”, “Unudulmuş, “Qılınclar arasında”, “ Ata sorağında” kitabları çap olunub.

 

20 avqust 1929-cu ildə  Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın  Qaradağlı (1929 – 28.1.1980) anadan olub:

 

O, 1946-cı ildən Azərbaycan Radiosunda çalışıb.

 

20 avqust 1912-ci ildə görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi anadan olub:

 

“Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Rast” simfonik muğamının müəllifidir.

 

20 avqust 1988-ci ildə 8 illik İran-İraq müharibəsi atəşkəslə başa çatdı.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox