Azedu.az

İxtisas seçimi: 1762 abituriyent elektron ərizəsini təsdiq etməyib- YENİLƏNİB

19 Avqust 2024, 16:41
İxtisas seçimi: 1762 abituriyent elektron ərizəsini təsdiq etməyib- YENİLƏNİB

19 avqust saat 09:30-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 78514 abituriyent ərizəsini təsdiq edib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, 1762 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

 

İxtisas seçimi sabah saat 08:59-dək davam edəcək.

 

Qeyd edək ki, ixtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

 

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox