Azedu.az

MİQ: 50 min namizəddən 5740 nəfər test imtahanından keçib

14 Avqust 2024, 12:17
MİQ: 50 min namizəddən 5740 nəfər test imtahanından keçib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verildi.

 

50 264 namizəd arasından 5740 nəfər vakansiya seçimi mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə keçib.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi zamanı deyib.

 

Bildirilib ki, avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. 10 minlərlə namizəd arasından seçilmiş 5740 nəfər müsabiqənin növbəti mərhələsinə - müsahibə mərhələsinə dəvət olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox