Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi zamanı deyib.
O, bildirib ki, 2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi başa çatıb. Test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd bu mərhələdə iştirak edib.