Azedu.az

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

8 Avqust 2024, 14:34
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

 

Bu barədə AzEdu.az-a Elm vəTəhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

 

Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.

Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK
Son xəbərlərDaha çox