Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.Nəticələrə əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin məzunları III ixtisas qrupu üzrə ən yüksək nəticə göstəriblər.
Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 3 məzun lll ixtisas qrupu üzrə ən yüksək nəticə göstərib.
Belə ki, Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəbin məzunu İlahə Məhərrəmzadə 692.5 bal toplayaraq ölkə üzrə I, Qazax rayon Dəmirçilər kənd E.Qurbanov adına tam orta məktəbin məzunu Səbinə Yusifova 691.2 bal toplayaraq II və Tovuz rayon Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbin məzunu Nigar Məhərrəmova isə 690.8 bal toplayaraq III nəticə göstərib.