Azedu.az

Fənn müəllimləri və istehsalat təlim ustaları üçün vakansiyalar olacaq

19 İyul 2024, 11:37
Fənn müəllimləri və istehsalat təlim ustaları üçün vakansiyalar olacaq

"1200-dən çox fənn müəllimləri və istehsalat təlim ustaları üçün vakansiyalar olacaq".

 


AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov mediaya açıqlamasında bildirib.

 

O, qeyd edib ki, “Peşə təhsilində keyfiyyəti artırmaq istəyiriksə, müəllimlər günün tələblərinə cavab verməlidirlər. Bura həm sənayedə çalışan müəllimləri, həm də mütəxəssisləri cəlb etməliyik. Həmçinin, müəllimləri maliyyə ilə təmin etmək mütləqdir. Bu il müəllimlərin əmək haqlarına dəyişiklik edəcəyik. Onlar daha yaxşı əmək haqqı ilə təmin olunacaqlar.

 

1200-dən çox fənn müəllimlərinin və istehsalat təlim ustalarını üçün vakansiyalar olacaq. Bu hələ ki, proqnozdur. Amma təqribi hazırkı proqnozlar bu rəqəmi göstərir. Prosesdə məqsəd ondan ibarətdir ki, daha keyfiyyətli kadrları prosesə cəlb edək”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox