İyulun 17-də elm və təhsil nazirinin müavini Həsən Həsənli İsrail Dövlətinin Regional Əməkdaşlıq Nazirliyinin Baş direktoru Gilad Şadmonla görüşüb.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə edilib.