Azedu.az

“Universitet 3-5 tələbənin əlini sıxıb, diplom verir, qalanını oktyabra saxlayır”

11 İyul 2024, 17:33
“Universitet 3-5 tələbənin əlini sıxıb, diplom verir, qalanını oktyabra saxlayır”

"Diplomların gec verilmə problem birbaşa universitetlərlə bağlıdır".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov deyib.

 

O, bildirib ki, “Diplomların gec verilmə problem birbaşa universitetlərlə bağlıdır. Bununla bağlı özüm araşdırma etmişəm. Agentliyə məzun günü ilə bağlı bir universitet müraciət etmişdi. Bildirdilər ki, bizə 30 diplom lazımdır. Ancaq məzun olanların sayının 30 yox, yüzlərlə olduğunu vurğuladıq. Agentlikdən univeristetə israrla bildirdik ki, bütün məzunların sənədlərini göndərin, hər birinə diplom verək. Təəssüf ki, universitet bununla razılaşmır. O, məzun günündə 3-5 tələbənin əlini sıxaraq diploma verir, qalanını isə oktyabra saxlayır.

 

Diplomların ləngiməyinin əsas səbəbi universitetdən agentliyə gələn müraciətlə bağlıdır. Onlar əmrləşmə prosesini işləyib, nəticələri bizə göndərməlidirlər. Heç bir universitet bu il 4-cü kursu bitirən məzunlarının tam siyahısını bizə göndərməyib”.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox