Bu gün Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının III günü keçirilib.
Bu barədə AzEdu.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, 4 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə riyaziyyat və kimya fənləri üzrə 7 199 namizəd dəvət olunub.
Qeyd edək ki, ümumilikdə 80% davamiyyət qeydə alınıb.