Azedu.az

Birol Akgün "AzEdu" Təhsil Portalında olub - FOTO

4 İyun 2024, 17:45
Birol Akgün

Bu gün Türkiyə Maarif Vəqfi İdarə Heyətinin sədri Prof. Dr. Birol Akgün "AzEdu.az" Təhsil Portalının redaksiyasını ziyarət edib.

 

AzEdu.az xəbər verir ki, Vəqfi İdarə Heyətinin sədri Prof. Dr. Birol Akgün və "AzEdu.az" Təhsil Portalının təsisçisi Elşad Eyvazlı arasında görüş baş tutub.

 

Görüş zamanı təhsilin gələcək inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

 

O, redaksiyanın fəaliyyəti ilə yaxından tanış olub.

 

Sonda xatirə fotosu çəkilib.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox