Azedu.az

Azərbaycanda 3 yeni hərbi kollec YARADILDI

23 May 2024, 17:35
Azərbaycanda 3 yeni hərbi kollec YARADILDI

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.

 

Bu kolleclər Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsili və əlavə təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələridir.

 

 

İranın mövqeyi dəyişdi - Bakı üçün vacib AÇIQLAMA
Son xəbərlərDaha çox