Azedu.az

MDU hansı ölkələrlə əməkdaşlıq edir? - SORĞU

22 May 2024, 09:54
MDU hansı ölkələrlə əməkdaşlıq edir? - SORĞU

Azərbaycanda universitetlər tələbələrin xaricdə təhsil almaları üçün xarici təşkilat və universitetlərlə beynəlxalq əlaqələr yaradır, əməkdaşlıqlar edir. Belə universitetlərdən biri də Mingəçevir Dövlət Universitetidir (MDU).

 

AzEdu.az-a açıqlama verən Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Samira Ahmadova bildirib ki, hazırda xaricdə təhsil alan tələbə yoxdur:

 

“İspaniya, Ruminiya, Türkiyə, Litva, Latvia, Polşa, Sloveniya, Ukrayna, İtaliya ilə əməkdaşlıq var. Əsasən, tələbələr İspaniya və Türkiyədə təhsil üçün müraciət edirlər. Biz tələbələri yalnız Erasmus+  İCM-lə göndəririk.

 

 Son iki ildə göndəriş olmayıb. Gələn il üçün yeni müqavilələr imzalanıb. Bəzi universitetlər İELTS və ya TOEFL sertifikatı tələb etdiyi üçün bu il müraciət olmadı”.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox